BİZİM TARİXÇƏMİZ!

1997-ci ildə təsis olunmuş Atilla Group – Azərbaycanda nəqliyyat vasitələrinin və ağır texnikanın icarəsi sahəsində iqtisadi baxımdan səmərəli həllər və xidmətlər təqdim edən aparıcı şirkətlərdən biridir.
Nəqliyyat vasitələrinin və ağır texnikanın icarəsi sahəsində 19 illik təcrübəyə malik olan Atilla Group müştərilərin xüsusi istəklərini qarşılamaq üçün nəqliyyat vasitələrinin və ağır avadanlıqların icarəsi, avtoparkın idarə edilməsi və texniki servis xidmətlərinin göstərilməsi üzrə kompleks həllər işləyib hazırlayır. Buna, xarici və daxili tələblər nəzərə alınmaqla, müştərilərin dəqiq məqsədlərinin öyrənilməsi yolu ilə nail olunur, bu da Atilla Group şirkətinə, bazarda təmsil olunan digər xidmət təchizatçıları ilə müqayisədə, keyfiyyətli xidmətləri daha sistemli və dayanıqlı şəkildə göstərməyə imkan verir.
Şirkət Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında fəaliyyət göstərir.

ƏSAS ÜSTÜNLÜKLƏRİMİZ

150 nəqliyyat vasitəsindən ibarət olan ən böyük avtopark (minik naqliyyat vasitələri, krossoverlər, şatl avtobusları, VIP sinfinə aid olan avtomobillər, texnika və avadanlıqlar (kranlar, çəngəlli yükləyicilər (forkliftlər), qoşqular, lüləli avtoqaldırıcılar və s.).
Bütün nəqliyyat vasitələri beynəlxalq HSE (Sağlamlığın, Əməyin və Ətraf Mühitin Mühafizəsi) standartlarına cavab verir, üç-nöqtəli təhlükəsizlik kəmərləri, təhlükəsizlik alətləri, GPS, tibbi çanta, yanğınsöndürən və sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün lazım olan digər vasitələrlə təchiz olunublar.
Beynəlxalq standartlara uyğun təlim keçmiş, BP-dən qüvvədə olan sürücülük icazəsi almış peşəkar sürücülər komandası.
Tələb olunduqda, nəqliyyat vasitələrinin sayından və növündən asılı olmayaraq Sifarişçinin istənilən sifarişi ən qısa zamanda yerinə yetirməyə hazırıq.
30-dan çox struktur və təşkilatlarla uzunmüddətli tərəfdaşlığımız var.

  • Ekoloji baxımdan məsuliyyətli müştəri xidmətləri göstəririk
  • Əməkdaşları gözəl iş şəraiti ilə təmin edirik
  • Cəmiyyətin fəal üzvüyük
  • Yüksək etik standartları qoruyub saxlayırıq
  • Dayanıqlı inkişafı stimullaşdırırıq
  • Yük daşımalarının təhlükəsizliyi
  • Rəsmiləşdirmə və uyğunluq üzrə xidmətlər
  • Tam təhlükəsizliyi təmin edirik

Bizim tərəfdaşlarımız

Sertifikatlar

BUREU VERITAS Certification

BUREU VERITAS Certification

BUREU VERITAS Certification

Əlavə məlumat almaq üçün bizə istədiyiniz zaman müraciət edə bilərsiniz.